Zaur Baxşəliyev və qardaşı Ağcabədidə aranı qarışdırdı - Polis səfərbər olub

KRİMİNAL
10:10 04.01.2014
10308

Afşar kəndində güllələnən Zahid Qarayevin xəstəxanada ölməsinə görə qohumlarının qisas alacağı xəbərini alan Ağcabədi polisi səfərbər olunub.

 Ağcabədi Polis İdarəsinin əməkdaşları hazırda Afşar kəndindədirlər və nəzərdə tutulan qisas ehtimalının qarşısını almaq üçün bütün mümkün vasitələrə əl atırlar. Hadisələrin axarını isə təsəvvür etmək belə çətindir.

Məlumat üçün bildirək ki, dekabrın 30-da kənd sakinləri Zaur və Anar Baxşəliyevlər şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi onun öz evində vurmaq istəyərkən, atılan güllələr şəhidin əmisi Zahid Qarayevə dəyib. Zahid Qarayev bu gün günorta saatlarında M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan vəfat edib.
Hazırda onun meyitinin bu dəqiqələrdə kəndə çatacağı bildirilir. Polis isə Abdullayevlərin qisas almasından olduqca narahatdır.
Afşar kəndi klassik ənənələrə bağlı və qapalı kəndlərdən hesab olunduğu üçün polisin narahatlığına ciddi əsas var. Qaynağın xəbərinə görə, Ağcabədi polisi Afşar ağsaqallarının bu qan düşmənçiliyinə müdaxilə edəcəyi ana qədər kəndə ciddi nəzarət etməkdən ayrı əlac görmür.
Əlavə edək ki, bu güllələnmə nəticəsində həbslər və polisin gördüyü tədbirlər barədə bayram günləri olduğu üçün ictimaiyyətə ətraflı məlumat verilməyib.
Bu gün Afşar kəndində daha bir bıçaqlanma hadisəsinin olması da polisin narahatlığını artırıb. 17 yaşlı rayon sakini Rza Fətullayev Avşar kənd sakinləri Cəsarət Əkbərov və Pərviz Əlizadəni bıçaqlayıb.(axar.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir