Zaur Əmiraslanovdan toy bazarına etiraz: “Səsimə heyfim gəlir”

Zaur Əmiraslanovdan toy bazarına etiraz: “Səsimə heyfim gəlir”
MAQAZİN
12:37 23.06.2026
252
Əməkdar artist Zaur Əmiraslanov toy məclislərində aşağı qiymətə çıxış edən bəzi həmkarlarını tənqid edib.

AZXEBER.COM xəbər verir ki, "Efirdən kənar" verilişində qonaq olan sənətçi bildirib ki, bəzi tanınmış müğənnilər böyük musiqi kollektivi ilə birlikdə 2500-3000 manata toy məclislərinə qatılırlar.
 
Onun sözlərinə görə, özü belə məbləğə çıxış etməyi məqsədəuyğun hesab etmir:

"Elə tanınmış müğənnilər var ki, 2500-3000 manata böyük bir dəstə ilə toya gedir. Amma mən getmirəm o qiymətə, çünki səsimə heyfim gəlir. Amma elə şənliklərə gedənlərin itirəcək heç nəyi olmur. O, hansı səsini, hansı sənətini qorumalıdır ki? Onun məqsədi odur ki, aya bu qədər pul qazanım, biznesim olsun, bu qədər".

Aysel
OXŞAR XƏBƏRLƏR