Zaur Rzayev harada dəfn olunacaq?

Zaur Rzayev harada dəfn olunacaq?
MAQAZİN
11:54 30.10.2026
203
"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır."

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndənin oğlu əvvəlcə dəfn yeri və saatı ilə bağlı məlumat verəcəyini bildirsə də, sonradan nə zənglərə, nə də yazılan mesajlara cavab verməyib.

Qeyd edək ki, Z.Rzayevin Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacağı ilə bağlı məlumat yayılıb.
OXŞAR XƏBƏRLƏR