AZXEBER.COM xəbər verir ki, Zaur Kamalın aparıcısı olduğu verilişə qonaq gələn 3 qadın aparıcı haqda şok faktlar açıqlayıblar. Onlar deyib ki, aparıcını ata-anası başqa adamlar olub, onu uşaqlıqda atıblar.
Qonaqların bu fikri aktrisa Naibə Allahverdiyevanı özündən çıxarıb. O çox sərt şəkildə bu sözləri deyib: "İtlər də balalayır, ancaq onlar sonra balalarını atıb gedirlər. Bu mövzunun müzakirəsi ayıbdır. Zaur, sənin anan gecəsini-gündüzünə qatıb, səni böyüdüb, o biri anan isə öz kefində olub. İndi isə biz burada gör nəyi müzakirə edirik. Sən atana-anana qarşı, səni böyüdən insanlara qarşı xəyanət edirsən."
Qonaqların sözlərindən təəcüblənən aparıcı deyib ki, bu məsələni araşdıracaq: "Əgər bu qurama işdirsə, deyin mən də bilim. Mən bunu şouya çevirə bilərəm. Hər kəs istəyər ki, gerçək ata-anasının kimliyini bilsin. Mən bu məsələni araşdıracam".
Zaurun valideynlərindən şübhələnən qonaqlar deyib ki, onların zarafat etmək niyyətləri yoxdur: "Mən bunun sifətindən bilirəm ki, uşaq Zaur olub. İstəyirik ki, bu məsələ araşdırılsın və onun əsl ata-anası üzə çıxsın.
Həmin görüntüləri təqdim edirik: