Zaurdan Tünzalə haqda qəribə açıqlama: "Biz pulu onun xəstəliyinə görə yığmırıq" - VİDEO

MAQAZİN
16:50 26.09.2018
22005
ATV-də yayımlanan "Bizimləsən" verilişində maraqlı anlar yaşanıb.
 
AZXEBER.COM xəbər verir ki, teleaparıcı Zaur Baxşəliyev aktrisa Tünzalə Əliyeva haqda açıqlama verib.
 
O bildirib ki, Tünzalə xəstə olmasaydı belə efirə çıxıb evi üçün pul istəyəcəkdi. O həmçinin deyib ki, Tünzalənin nəyə görə məhz onun verilişinə çıxması da kimlərisə qıcıqlandırıb: "Tünzalənin bura gəlməsi bəzilərini qıcıqlandırıb. Bundan istifadə etmək istəyənlər var. Dəyirman öz işini görər, çaq-çaq baş ağrıdar. Ancaq biz dəyirman olaraq sona qədər öz işimizi görəcəyik. Tünzalə xərçəng olmasaydı belə yenə də o efirə çıxıb, evi üçün pul istəyəcəkdi. Saytlarda yazılanlar Tünzaləyə pis təsir edib. Burda olanlar yox, sizin qabartdıqlarınız Tünzaləni halbahal edir, etməyin bunu". 
 
Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR