"Zəhər tuluğu" filminin büdcəsi nə qədərdir? - AÇIQLAMA

"Zəhər tuluğu" filminin büdcəsi nə qədərdir? - AÇIQLAMA
MAQAZİN
11:34 24.12.2021
2329
Azərbaycan istehsallı "Zəhər tuluğu" filminin büdcəsi açıqlanıb. 

AZXEBER.COM xəbər verir ki, ekran işinin baş rol ifaçısı aktyor Taleh Yüzbəyov (Adil) bu haqda "10-da görüşək" proqramına qonaq olarkən danışıb. O, filmin büdcəsinin 150-200 min AZN aralığında olduğunu bildirib.

Qeyd edək ki, filmin çəkilişlərinə iki il sərf edilib. Ekran işinin baş prodüseri Orxan Mərdandır.

Filmin sujet xəttində iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə davam edən və "zəhər tuluğu” olan Adilin (Taleh Yüzbəyov) həyat hekayəsindən bəhs edilir. Bıçaqlandıqdan sonra sağ qalan Adil, müalicə olunduqdan sonra öz monoton həyatına geri dönməyə hazırlaşır.

O, xəstəxanadan çıxan zaman inanılmaz bir sınaqla qarşılaşır. Qəflətən onun dostu Şakirin maşınına tanımadıqları Rəna adlı hamilə qadın əyləşir. Rəna, dünyaya gətirəcəyi qız övladını ərindən, onun ailəsindən, abortdan qorumaq istəyir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.

Filmin musiqisi bəstəkar Tərlan Məmmmədhüseynova aiddir. 

Dram janrlı ekran işində Orxan Mərdan, Cəlil Cavanşir, Əlixan Rəcəbov, Cavidan Novruz, Zülfiyyə Qurbanova, Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Rasim Cəfər, Hüsniyyə Mürvətova və Oktay Mehdiyev kimi aktyorlar da yer alıblar. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda oğul atasını bıçaqladı
11:15 31.07.2026
Azərbaycanda oğul atasını bıçaqladı
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
11:06 31.07.2026
Azərbaycan Hava Yolları Tbilisi və İstanbul istiqamətində reyslərin sayını artırır
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
10:56 31.07.2026
40 mindən çox doğum, 165 ölü doğum – Rəsmi rəqəmlər açıqlandı
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
10:36 31.07.2026
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
10:18 31.07.2026
“Bakı Metropoliteni”ndə yeni təyinatlar var
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq