'Zəhərlənmə Əli Kərimovun evində baş verdi' - ŞOK İDDİALAR

Bütün Xəbərlər
00:01 31.08.2012
2963
AZXEBER.COM portalı bayraqdar Elman Türkoğlunun “Gündəlik-Bakı” qəzetinə verdiyi müsahibəni təqdim edir
Eks-prezident, Azərbaycan Xalq Cəbhəsinin qurucusu Əbülfəz Elçibəyin zəhərlənib ölməsi barədə yayılan xəbərlər hazırda mətbuatın əsas gündəm mövzularından biridir. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin bununla bağlı hüquq-mühafizə orqanlarında qaldırdığı iddia ilə eyni vaxtda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü, Əbülfəz Elçibəyə yaxınlığı ilə seçilən bayraqdar Elman Türkoğlu də eyni iddialarla çıxış edir. O da Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi qənaətindədir. Amma bir qədər fərqli şəkildə. Bayraqdarın sözlərinə görə, Əbülfəz Elçibəy şadlıq sarayında deyil, ad günü mərasimində zəhərlənib. Ona zəhər verənlər isə bir neçə nəfərdir. Elman Türkoğlu ilə söhbətimizdə onun bütün iddialarının həqiqətə nə dərəcədə söykəndiyini müəyyən etməyə çalışdıq:- Elman bəy, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürüldüyünü bildirirsiniz. Əgər belədirsə, həmin plan necə həyata keçirilib?- Milli azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin qurucusu, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiaları doğrudur, həqiqətdir. Onu doğrudan da zəhərləyiblər. Bu işdə əsas rolu Əli Kərimov oynayıb. Mən ona Əli Kərimov deyirəm, çünki kommunist dövrünün adamıdır. Bu oyunun içində isə bir sıra insanlar vardı. O vaxtlar AXCP-nin daxilində yaradılmış "klassik"lər birbaşa Əbülfəz Elçibəyi, "Yurd" isə Əli Kərimovu müdafiə edirdi. "Yurd"çuların əsas məqsədləri Əli Kərimovun partiyanın rəhbəri postuna gətirilməsi idi. Elçibəyin Kələkiyə getməsində də bir sıra qaranlıq məqamlar mövcuddur. Yeri gəlmişkən qeyd edim ki, 1996-cı ildə Əli Ordubada gedərkən Elçibəyin qarşısında üzr istəyib. Onu ora Əbülfəz bəy çağırtdırmışdı. Əli Kərimov Elçibəyin qarşısında diz çökərək, xəyanətlərinə görə onu bağışlamasını xahiş etmişdi. Orada başqa ifadələr də səslənmişdi, mən bunları açıb-ağartmaq istəmirəm.İntriqalar Əli Kərimov Bakıya gəldikdən sonra başladı. Həmin vaxta qədər hər şey qaydasında idi - mitinqlər, aksiyalar keçirilirdi, mübarizə davam edirdi. Əbülfəz bəyin Bakıya çağırılması tələbləri ilə hər ay iki dəfə kütləvi tədbir düzənlənirdi. Bəs necə oldu ki, bunlar dayandı? Hansı səbəblər üzündən? Əli Kərimovun 1994-cü ildə Bakıya gəlməsindən sonra vəziyyət köklü surətdə dəyişməyə başladı. Yeri gəlmişkən, bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm - onun həyat yoldaşı Samara Seyidova 2006-cı ilə qədər yüksək vəzifədə çalışırdı. Əgər AXC öz fəaliyyətini donduraraq, hakimiyyətdən gedirsə, Samaranın 2006-cı ilə qədər vəzifədə çalışmasını necə başa düşmək olar? Niyə? Hansı səbəblərə görə? Əsas suallar burdan meydana çıxır.- Zəhərlənmə ilə bağlı iddialardan danışaq. Əbülfəz Elçibəyin zəhərləndiyini iddia edirsiniz, bu, hansı şəraitdə, necə baş verdi?- Bayaq qeyd etdiyim kimi, AXC-nin daxilində böyük intriqalar baş qaldırmışdı. Bu çəkişmələrin başında əsasən Əli Kərimov dayanırdı. Fuad Mustafayev, Əliməmməd Nuriyev, Asim Mollazadə və Əli Kərimovdan ibarət "dördlük" çəkişmələrdə yer alırdı. Bunlar hər vəchlə Elçibəyi rəhbərlikdən uzaqlaşdırmağa, Əli Kərimovu AXC-nin rəhbəri postuna gətirməyə çalışırdılar. Aralarında bir nəfər də vardı, adını çəkmək istəmirəm. O özü də indi susur, amma nə vaxtsa mətbuata çıxıb ağlına gələni danışsa, cavabını verəcəm.- Adını indi niyə demirsiniz?- Hər hansı məsələ barədə söz söyləməyə mənəvi haqqı olmayan kimsə ağzını açıb, ağlına gələni danışırsa, onu yerindəcə susdurmaq lazımdır. Azərbaycan Xalq Cəbhəsinin daxilindəki çəkişmələr getdikcə qızışırdı.Mən 6 il AXC-nin binasında yaşamışam. Kimin kim olduğunu çox gözəl bilirəm. Bəzilərinin hansı oyundan çıxdıqlarını öz gözlərimlə görmüşəm. Hal-hazırda Əli Kərimlinin Bakının mərkəzi yerlərində bir sıra obyektləri var. Bütün bunlar hamı üçün açıq-aşkardır. Bacarana can qurban deyiblər. Amma bu qədər xəyanətkarlıq olmaz.Biz Əbülfəz bəyin Bakıya qayıtmasını istəyirdik, Əli Kərimovun tərəfdarları olan "Yurd"çular isə Elçibəyin Ordubadda qalmasını tələb edirdi. Deyirdilər ki, guya Elçibəy gəlsə, aləm qarışacaq, "qırğın" olacaq. 1996-cı ildə Əli Kərimova qarşı qiyam baş verdi. Biz Əbülfəz bəyin Bakıya qayıtmasına mane olanlara etiraz edirdik. Çünki buna ancaq "Yurd"çular can atırdılar.Bu plan çoxdan hazırlanmışdı. Bəziləri yanlış olaraq deyirlər ki, bəy Kələkidə zəhərlənmişdi. Bu, həqiqətə uyğun deyil. Bir sıra şəxslər də başqa versiyalar səsləndirirlər. Deyirlər ki, guya Ordubadda soyuqdəymədən xəstəlik tapdı. Söylənilənlər yalandır. Bəzi şəxslər bəyin guya 1991-ci ilin 20 avqustunda yaralandığını əsas gətirərək bunun da təsirli olduğunu ortaya atırlar. Guya həkimin onu müalicə etməsinə imkan verilməyib. Bu versiya da həqiqətə uyğun deyil. Əbülfəz Elçibəy Əli Kərimovun ad günündə - 1999-cu ilin 28 aprelində zəhərlənib.- Hansı şəraitdə?- Zəhəri bir nəfər gətirmişdi. Onun da adını açıqlayacağam. Əgər məni istintaqa çağırsalar, həmin şəxsin kim olduğunu deyəcəm. Amma gərək bu iş başa çatdırılsın - Əli Kərimli layiq olduğu cəzanı alsın. Mən həmişə təkbaşına qərar verməyə meylli olmuşam. Haçansa zaman gələcək - Əli Kərimovun başı və mənim yumruğum...O özü mənim edəcəyimi görəcək.Mən Əbülfəz Elçibəyin kimlərin əli ilə zəhərləndiyini açıqlayacağam. Onlardan biri artıq dünyasını dəyişib. Həmin şəxsin adı Səmayədir. Yaşlı qadın idi. Elçibəyin yeməyinə kimlərin zəhər qatdıqlarını çox gözəl bilirəm. Bu şəxslərin arasındakı qadınlardan birinin də xüsusi əməyi olduğunu qeyd etməliyəm.- Həmin şəxs kim idi?- Hələlik, bu şəxsin də adını açıqlamayacam. Amma zamanı gələndə bütün mətləblər kimi bu məsələ də açıqlanacaq.- Ad günü mərasimi harada keçirilirdi?- Əli Kərimovun evində...Hafiz Hacıyev düz deyir, ad günü mərasimində. Amma Elçibəyin yox, Əli Kərimovun doğum günü tədbirində. Zəhərlənmə Əli Kərimovun evində baş verdi. Çünki onu hansısa şadlıq sarayında, restoranda həyata keçirmək çətin idi. Əgər şadlıq sarayında baş tutsaydı, işə aşpaz da qatılmalı idi. Bu isə sirrin açılması baxımından təhlükəli idi. Amma planı ev şəraitində həyata keçirmək daha məqsədəuyğun idi. Zəhəri İrandan gətirmişdilər. Onun uzunmüddətli dozası var.- Zəhəri gətirən adamı şəxsən tanıyırsınız?- Bəli, şəxsən tanıyıram, bir daha deyirəm - şəxsən.- Azərbaycanda yaşayır?- Xeyr, ölkəmizdən kənardadır, özü də hal-hazırda AXCP-nin üzvüdür.- Adını açıqlaya bilərsiniz?- Hələlik yox. Çünki bir sıra qapalı məqamlar var. Özün də bilirsən - mən hər hansı məsələnin mahiyyətini məqamında elə açıqlayıram ki, o, kökündən yanır. Zəhər gətirən həmin şəxs çox hiyləgər adamdır və həmişə Elçibəyi təhqir edirdi. Bu şəxsin belə bir xüsusiyyəti var - həmin zəhəri kiminsə bədəninə yeritsən, bunun təsiri tədricən - 1 il, il yarımdan sonra üzə çıxacaq. Mən hələ Elçibəyin cənazəsi Türkiyədən gətirilməzdən öncə, 2000-ci ilin avqustunda qəzetlərə müsahibə verərək bildirdim ki, Əbülfəz bəyi zəhərləyiblər. İnanmırsınızsa, həmin dövrün qəzetlərini açıb, baxa bilərsiniz. Bununla bağlı müsahibələrim həmin dövrdə "Şərq", "Yeni Müsavat" qəzetində dərc olunub. "Ədalət" qəzetindəki müsahibəni məndən o zamankı baş redaktor Aqil Abbas özü almışdı. Həmin müsahibədə bütün fikirlərimi hissə-hissə bildirmişəm. O vaxt elə bir dövr idi ki, bu işin üstünü ört-basdır etmək üçün bəzi adamları Əli Kərimlinin müdafiəsi üçün danışdırdılar. Bəzi şəxsləri öyrədib danışdırırdılar. Mən onların layiqli cavablarını verib, yerlərində otuzdurdum.- Siz Əbülfəz Elçibəyin 2000-ci ildə zəhərləndiyini iddia edirdiniz?- Bəli.- Bəs o vaxt niyə hüquq-mühafizə orqanlarına müraciət etmədiniz?- O dövrdə şərait elə idi ki, bunu heç kim araşdırmayacaqdı. Zəhəri xarici ölkədən - İrandan gətirmişdilər. Yenə deyirəm - bu zəhər insana bir aya, bir ilə, yaxud iki ilə, tədricən təsir edə bilər. İndi mən sizə sual verirəm - xərçəngdən hansı xəstənin bədəni şişər? Mənim 55 yaşım var, amma bu günə kimi bircə nəfəri də görmədim ki, xərçəng xəstəliyindən onun bədəni şişsin. Bəlkə sən görmüsən? İnsanlar xərçəng xəstəliyindən arıqlayırlar. Əbülfəz bəyin isə bədəninin bütün orqanizmi şişmişdi. Həmin zəhəri kimə verirlərsə, onun bədəni şişməyə başlayır. Yeri gəlmişkən, bu zəhərdən bir nəfəri də zəhərlədilər. Amma o, vaxtında müalicə olundu, ölmədi. Zamanında onun da adı açıqlanacaq.- Deməli zəhərlənmə faktı ilə bağlı iki versiya var. Hafiz Hacıyev onun şadlıq sarayında zəhərləndiyini iddia edir.- Hafiz Hacıyev Elçibəyin zəhərlənməsi ilə bağlı nə deyirsə, düzdür. Yalnız Əbülfəz bəyə sui-qəsdlə bağlı məkanda yanlışlığa yol verir - o, şadlıq sarayında deyil, Əli Kərimovun evində zəhərlənib. Üstəlik özünün yox, Əlinin doğum günündə. Bu fikirlərimi əsaslandırmaq üçün sübutlarımı nəzərinizə çatdırım - həmin vaxtlar tez-tez AXCP-nin qərargahına gedib gəlirdim. Bir gün belə bir xəbər yayıldı ki, guya Əbülfəz bəyə bıçaq atıblar. Bıçaq onun kürəyinə dəyib. O, bir həftə idi ki, işə çıxmırdı. Bu, mənə inandırıcı göründü. Bir gün Tofiq Türkel də mənə yaxınlaşıb, dedi ki, Elman bəy deyilənə görə, Əbülfəz bəyə bıçaq atıblar. Dilbər adlı əmimqızı ilə bəygilin evinə yollanmağı qərara aldıq. Bayrağı əlimə alıb, birlikdə onun evinə yollandıq. Yasamaldan keçmiş Karl Marks prospektinə getdik. Gördüm ki, bəyin qardaşları - Murad, Almurad, Əli Mürsəloğlu da burdadırlar. Əbülfəz bəy ağır-ağır nəfəs alırdı.- Bu görüş nə vaxt baş verdi?- 1999-cu ilin noyabrında. Görüşəndə kövrəldim, gözlərimdən yaş axmağa başladı. Bəyi belə görəndə həmişə gözlərim dolurdu. Onun xətrini çox istəyirdim, üzülməsinə dözmürdüm.Başımı sinəsinə sıxıb soruşdu: "Niyə ağlayırsan?". Cavab verdim ki, sizi belə görəndə dözə bilmirəm. Dedi: "Mənə heç nə olmayıb, özünü darıxdırma". O, ayaq üstdə gəzə bilirdi. Başa düşdüm ki, bıçaq söhbəti doğru deyil. Soruşdum ki, bəy sizin zəhərlənməniz barədə xəbərlər yayılıb. Əbülfəz bəy cavab verdi: "Bəli, ad günü mərasimində məni zəhərlədilər".Əbülfəz bəy həmin ildə ancaq Əli Kərimovun ad günü mərasimində iştirak etmişdi. Soruşdum ki, bəy, sizi hansı ad günündə zəhərlədilər, Əli Kərimovun? Əbülfəz bəy dinmədi. Bu vaxt əmim qızı dedi: "Bəy, axı siz bunu bilməmiş olmazsınız". Elçibəy cavab verdi: "Qızım, sən bilmirsən ki, süfrəyə yemək gələndə ona birinci mən əl uzadırdım. Cəmi iki qaşıq yedim və hiss etdim ki, yeməkdə nəsə var. 20-25 dəqiqədən sonra evə gəldim. Qatıq yedim, amma artıq gec idi".- Deməli, Əbülfəz Elçibəy tərkibinə zəhər qatılmış yeməyi harda yediyini demədi və konkret ad çəkmədi, elədir?- Onu mən soruşdum da. Amma bəy dinmədi. Əbülfəz Elçibəy həmin vaxt Əli Kərimovun ad günündə iştirak etmişdi. Bunu hamımız bilirdik.- Əbülfəz bəy apreldən noyabra qədər hər hansı mərasimdə, şənlik məclisində iştirak etmişdi?- Yox, yalnız onun ad gününə qatılmışdı. Əli Kərimovun ad günündən iyirmi gün sonra bəyin səhhətində ağırlaşmalar başladı. Bəzən gecələr vəziyyəti ağırlaşırdı. 1999-cu il aprelin 29-da müxalifətin mitinqi keçirildi. Yadınızdadır?- Bəli, Elman bəy.- Əbülfəz Elçibəy həmin mitinqdən 1 gün əvvəl - aprelin 28-də Əli Kərimovun ad günü mərasimində iştirak etmişdi. İndi özünüz fikirləşin. Ad günü mərasimində iştirak edən bəyin vəziyyəti sonradan ağırlaşdı. Əbülfəz bəy aprelin 29-da keçirilən mitinqə gəlmədi. Niyə? Qalanını özünüz fikirləşin. İsa Qəmbər mitinqə qatıldı, amma Əbülfəz Elçibəy iştirak etmədi. Nə üçün? Yalan uydurdular ki, guya Əbülfəz Elçibəyi vurublar. Amma bəzi şəxslər deyirdilər ki, bəyi zəhərləyiblər.Gəlin əyri oturaq, düz danışaq. İndi Əli Kərimov boynuna alsın ki, Əbülfəz Elçibəyin yerinə göz dikmişdim, onu görməyə gözüm yox idi. Bəlkə 2006-cı ilə qədər vəzifədə çalışan mənim həyat yoldaşım idi, Əli Kərimovun yox?Əbülfəz Elçibəy niyə 29 aprel mitinqində iştirak etmədi? Çünki səhhətində problemlər yaranmışdı, zəhərlənmişdi. Əli Kərimov tərəfindən öyrədilmiş bəzi adamlar bəzən Əbülfəz Elçibəyin üstünə hücum edirdilər.Elçibəyi elə gizli şəkildə zəhərlədilər ki, bundan şübhələnən çox az adam oldu. Gedin həkimlərdən soruşun - həmin zəhərin təsiri olduqca gizlidir. AXCP-də bəzi adamlar sevinirdilər. Deyirdilər ki, Elçibəy öləcək, Əli Kərimov onun yerinə gələcək. Bu söhbətlər gizli şəkildə ən çox "Yurd"un Gənclər Təşkilatında gedirdi. Mən bir dəfə Əli Kərimovu müsahibə verərkən bu sözləri təkrarlamasının şahidi oldum. Orda jurnalist İbrahim Məmmədov da vardı. İndi Kiprdə yaşayan Ülkər İsmayılova, Xədicə İsmayıl onun xəstəliyi barədə yazırdılar. Ülkər sonradan gəlib bəydən üzr istədi. Əbülfəz bəyin guya SPİD, sifilist xəstəliyinə yoluxması barədə yazıların yazılmasına Əli Kərimov sifariş verirdi. Həmin məqalələr müxtəlif qəzetlərdə - "Məkan", "Ekspress" və digər mətbu orqanlarda dərc olunurdu.- Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı ifadə vermək üçün son 1 ayda hüquq-mühafizə orqanlarına çağırılmısınız? Hafiz Hacıyevlə söhbətiniz olub?- Yox, hələlik, hüquq-mühafizə orqanlarına dəvət edilməmişəm. Prokurorluğa çağırsalar, gedəcəm. Amma şərtim var - əgər Əli Kərimov layiqli cəza alsa, bildiklərimin hamısını deyəcəm. 24 illik hərəkatda hüquq-mühafizə orqanlarına 4 dəfə ifadə vermişəm. Elə təkcə sonuncu ifadəm 36 səhifə olub. Bu, 1998-ci ilin 13 sentyabrına aid idi. Ola bilər bu dəfəki ifadəm 100 səhifədən ibarət olsun. Onun nə hərəkətləri, davranışları vardısa, hamısı gözlərim qarşısında baş verib. Çünki mən uzun illər Azərbaycan Xalq Cəbhəsinin binasında yaşamışdım. Binaya partlayıcı maddələr qoymuşdular. Hafiz Hacıyevlə də hər hansı söhbətim olmayıb. Əvvəllər bir-iki dəfə görüşmüşdük.- Əbülfəz Elçibəyin zəhərləndiyini sizdən başqa daha kimlər iddia edir?- Yaxın dostum Adil Minbaşı 6-7 il bundan əvvəl söyləyirdi: "Əbülfəz Elçibəy dedi ki, məni ad günündə zəhərlədilər. Yeməkdən iki-üç qaşıq yedikdən sonra bunu hiss etdim". O, açıq deyirdi - Əli Kərimov. Bu fikirlərlə tanış olmaq üçün həmin dövrün mətbuatını oxuya bilərsiniz. Mən Elçibəyin həmin sözləri "iki qaşıq yemək yedim" kimi dediyini eşitmişdim, amma Adil Minbaşı bunu iki yox, "üç qaşıq" kimi deyirdi. Elçibəy xatırlayırdı ki, ağartı məhsullarından istifadə etməyimə baxmayaraq, zəhər öz işini görmüşdü. Başa düşmürəm, bu şəxs niyə indi öz fikirlərini təkrarlamır, deyilənləri mülahizə kimi qəbul etdiyini söyləyir. Əgər bu söz deyilibsə, onun üstündə durmaq lazımdır. Deyirlər ki, belə söhbətlər guya müxalifətin birliyinə əngəl törədir. Ay qardaş, kor-kor, gör-gör. Özünüz də görürsünüz ki, Əli Kərimov xəyanət yolunu tutub. Bu adam xəyanətkardır, şeytan cildinə girib. Bu adam nə vaxta qədər ki, siyasətdədir, müxalifət hakimiyyətə gələ bilməyəcək. Mənim əziz dostum İsa bəy (Müsavat başqanı İsa Qəmbər nəzərdə tutulur), sən özün də gördün ki, 2003-cü ilin prezident seçkisində Klassik Xalq Cəbhəsi Partiyası ilə ittifaqa girəndə, marafona birlikdə qatılanda Əli Kərimov gedib Azərbaycan Milli İstiqlal Partiyasının o zamankı sədri Etibar Məmmədovu müdafiə etdi. Nə oldu? Məğlubiyyətdən 2 il sonra Əli Kərimov niyə sənə üz tutdu? Onda da Klassik Xalq Cəbhəsi Partiyası ilə müttəfiqliyi dayandırdın. Adil Minbaşı, özün deyirdin ki, Əbülfəz Elçibəy zəhərləndiyini sənə bildirib. Bəs bu gün niyə bunu demirsən?- İsa Qəmbər də məlumatlı şəxsdir.- İsa bəy özü də bilir ki, Əbülfəz Elçibəyi zəhərləyib öldürüblər.- Sizcə, bu məsələdə niyə mövqeyini bildirmir?- Mən sizin nəzərinizə bir məsələni çatdırım - onlar deyirlər ki, guya müxalifətin birliyi naminə nələrisə gizlətmək lazımdır. Əslində özləri də bilirlər ki, Əli Kərimlini zəhərləyiblər. Həqiqətin necə olduğunu bir dəfəlik etiraf etmək lazımdır. Əli Kərimlinin necə insan olmasını etiraf etmək gərəkdir. Bir daha qeyd etmək istəyirəm ki, partiyanın daxilində, onun rəhbərliyində Əbülfəz Elçibəyə yönəlik fəaliyyətlərin başında Əli Kərimli, Əliməmməd Nuriyev, Fuad Mustafayev və Asim Mollazadə dayanırdı.- Əbülfəz Elçibəyin sağlığında partiyanın daxilində baş verən və hətta mətbuata da çıxan qarşıdurmanın səbəbləri nə ilə bağlıdır?- Əbülfəz bəy onda xəstə idi. Mən onda Əli Kərimovun istefasını tələb edən ilk adam oldum. Əli Kərimov partiyanın daxilində siyasətdən naşı olan, baş çıxarmayan bəzi gəncləri Əbülfəz Elçibəyə qarşı qoyurdu. Onda Əlini partiyanın bəzi gəncləri döymüşdülər.Bununla bağlı keçirilən toplantıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi fəalları Əli Kərimovun təcili istefaya göndərilməsi məsələsini qaldırdılar. Belə şəxslərdən biri də mən idim. Tələb edirdim ki, Əli Kərimov tutduğu vəzifədən qovulmalıdır. Çünki o bu posta layiq deyil. Həmin tələblərimi gedib Əbülfəz Elçibəyə də çatdırmışdılar. Bəy demişdi: "Elman Türkoğlu nə danışdığını çox yaxşı bilir. Elman üçün "yaşıl işıq" yanır. Bilir nə etmək lazımdır". Fazil Mustafanın Azərbaycan Xalq Cəbhəsi Partiyasından çıxarılması, Mehriban Vəzirin, Mirmahmud Mirəlioğlunun onu müdafiə etməsi məsələsində qarşı tərəf tutduğu mövqedən geri çəkilmədi.İnadla bildirdilər ki, Fazil Qəzənfəroğlu getməlidir. Həmin vaxtda da çox ciddi söz atışmaları, fikir qarşıdurmaları baş verdi. Bəyin ölümündə xüsusən "Yurd"çular, partiyadakı bəzi şəxslər maraqlı idi. Onlar bununla öz planlarını həyata keçirməyə çalışırdılar. Əli Kərimov, Əbülfəz Elçibəy məhz sənin ad günü mərasimində, sənin evində zəhərləndi. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin yanlışlığından biri də budur. Deyir ki, Əbülfəz bəyi doğum günü mərasimində zəhərləyiblər. Həmin mərasimdə Elçibəyin yeməyinə heç kim zəhər qata bilməzdi. Çünki yemək orda yoxlanılırdı və bundan sonra bəyə verilirdi. Amma sənin ad günü mərasimində yeməyin tərkibini yoxlayan heç kim yox idi. O, sənə inanmışdı. Əli Kərimov özünün ad günü mərasimini evində keçirmişdi və maraqlarına uyğun olan məsələni də orda həll etmişdi. Həmin mərasimdə Əli Kərimovun həyat yoldaşı da iştirak etmişdi. Bu məsələdə baş rol alan şəxslərdən biri də odur - Samara Seyidova. Əbülfəz bəy hələ xəstəxanada yatarkən qəzetlərdə Elçibəyin guya SPİD xəstəliyinə yoluxması barədə dezinformasiya yayılmışdı. Guya bəy SPİD-dən müalicə olunur. Bu, partiyada ciddi narazılıq yaratdı. Elçibəyi sevənlər bu böhtanı qələmə alan jurnalist qadını sərt tənqid etdilər. Sonradan həmin addımı Xədicə İsmayıl da təkrarladı. Təəssüf... Bu məsələlərdə olduqca qaranlıq məqamlar var. Həmin qaranlıq məqamların öz daxilində də qaranlıq mətləblər mövcuddur. İllərdir siyasətdəyəm, mənim siyasətdən çox gözəl başım çıxır. Halbuki, indi azyaşlı uşaq, obrazlı desəm, ana bətnindəki körpə də siyasətdə olduğunu deyir. Ona qalsa mən inqilabçıyam. Zamanı gələndə mən də bir çox məsələləri, sirləri açıqlayacam, hamını qaranlıq mətləblərdən, gizli planlardan xəbərdar edəcəm. Doğma qardaşım olsa belə, heç kimə güzəştə getməyəcəyəm.Bu məsələlərdə əsas rol oynayan siyasi fiqurlardan biri də Xanım Xəlilovadır. Sən niyə bəzi şəxslərə təsir göstərirsən? Niyə onların həqiqətləri gizlətməsinə çalışırsan? Məgər müdafiə etdiyin şəxs bir zamanlar qarşısına çıxdığın Əli Kərimov deyil? Sən həmin Xanım Xəlilova deyilsənmi, Fəxri Xiyabandakı anım mərasimində Əbülfəz Elçibəyin Əli Kərimov tərəfindən zəhərləndiyini iddia edirdin? Bütün bunlar adama təsir edir. Soruşurlar ki, niyə əsəbləşirsən? Belə haqsızlıqları görəndə əlbəttə əsəbləşərsən də. Dünən dediyin sözləri bu gün danırsan.- Həmin sözləri sizin yanınızda dedi?- Bəli. Əli Kərimov Fəxri Xiyabana gələndə hamı bunu narazılıqla qarşılayırdı. Xanım Xəlilova deyirdi ki, Elçibəyi zəhərləyən budur. 1998-ci ilin prezident seçkisi ərəfəsində müxalifət düşərgəsində vahid namizəd məsələsinə görə daxili çəkişmələr gedirdi. Əbülfəz Elçibəy dedi ki, mənim vahid namizədliyimi dəstəkləyin.İmkan verin hakimiyyətə gəlim. Mən cəmi iki il hakimiyyətdə olacam, əsas problemləri həll edib, hakimiyyəti yenə sizə verəcəm. Prezident seçkisinə 3 ay qalmış Xanım Xəlilova Türkiyədə Müsavat başqanı İsa bəyi təbliğ etməyə başladı. Özü də güclü şəkildə. Deyirdi ki, İsa Qəmbər müxalifətin vahid və güclü namizədi olacaq. Ondan başqa güclü namizəd yoxdur. Bununla bağlı videogörüntüləri kasetə çəkib, Elçibəyə təqdim etmişdilər. Həmin gün biz də Əbülfəz bəyin yanında idik. Xanım Xəlilova Türkiyədən qayıdıb, Elçibəyə dedi ki, bəy, mən sizi Türkiyədə güclü təbliğ edirdim. Əbülfəz Elçibəy ona dedi: "Xanım, həmin kaset mənim şkafımdadır". İnsanın sifəti belə halda hansı rəng verər? Şübhəsiz, Əbülfəz bəy Xanım Xəlilovanın İsa Qəmbəri müdafiə edən görüntülərinin əks olunduğu kaseti nəzərdə tuturdu. Xanım müəllimə, indi gah Fazil Mustafanın, gah da başqalarının ünvanına tənqidlər səsləndirirsən. Mən əsla Fazili müdafiə etmək niyyətində deyiləm. Heç buna səlahiyyətim də yoxdur. Amma axı Fazil Mustafanın Türkiyədəki səlahiyyətli nümayəndə olması ilə bağlı sənədi Əbülfəz bəy özü imzalamışdı! O, qadındır, mən bir çox məsələləri açıb ağartmaq istəmirəm. Sən bir neçə il əvvəl Əli Kərimovu Əbülfəz Elçibəyə xəyanət etməkdə günahlandırır, ittiham edirdin. Amma indi hansısa səbəblər üzündən onun müdafiəsinə qalxmısan.- O, bununla bağlı qəzetlərə müsahibələr vermişdi?- Əlbəttə. Xanım Xəlilova qadındır, adam çox dərinə getmək istəmir. Hörmətini saxlayırsan, bilmirsən nə deyəsən. Mən ümumiyyətlə qadınlar barəsində hansısa ittihamedici söz deməmişəm. Bəlkə mənim dilimdən hər hansı qadın barəsində ittiham eşitmisiniz? Amma Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı məsələdə doğma qardaşıma da güzəştə getmərəm. Çünki mən onu ən əziz adamlarımdan biri saymışam, Əbülfəz Elçibəyə "dədəm" demişəm.Məndə bəzi məsələlərlə bağlı məlumatlar var. Lakin bir çoxları haqda fikirlər səsləndirmək istəmirəm, bunları ürəyimdə sirr kimi saxlayıram. Əgər bəzi siyasilərin gizli əməlləri barəsində açıqlamalar versəm, aləm bir-birinə qarışacaq. Onların kim olduqları üzə çıxacaq. Həmin şəxslərin arasında mənimlə sıx ünsiyyətdə olan adamlar kifayət qədərdir. İndi hətta Əli Kərimovun adamları belə sözlərimə görə, sosial şəbəkə sayılan "Facebook"da saxta profillərlə mənə hədə-qorxu gəlməyə çalışırlar. Yazırlar ki, səni məhv edərik, öldürərik. Əgər cəsarətləri varsa, çıxsınlar üzə, desinlər ki, səni öldürməyə gəlirik. Və bunu da həyata keçirsinlər. Amma edə bilməzlər, çünki cəsarətləri çatmaz.Bizim əlimizdə bir çox qaranlıq məqamlarla bağlı məsələlər var. Hətta xarici təşkilatlardan birinin ölkəmizdə fəaliyyət göstərən nümayəndəsinin cavabını layiqincə verdik, onu susdurduq. Qapalı məsələlər nə qədər gizli saxlanılsa da, biz onu üzə çıxaracağıq. Mən Əbülfəz Elçibəyin keçmiş sovetlər birliyində səlahiyyətli nümayəndələrindən biri olmuşam. Onun bir sıra tapşırıqlarını yerinə yetirmişəm. Deməli indi mənim qarşımda nə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimov dayana bilər, nə də başqası.
OXŞAR XƏBƏRLƏR