"Zek" Bakıda 39 yaşlı kişini öldürdü

"Zek" Bakıda 39 yaşlı kişini öldürdü
Bütün Xəbərlər
10:52 21.09.2015
956
Keçmiş məhkum Bakıda qətl törədib.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, sentyabrın 19-da Türkan qəsəbəsində, qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib və o, 3 saylı xəstəxanada dünyasını dəyişib.
Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Əli Məmmədov Xaşaxuna qəsəbəsi ərazisində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR