Zelenski: "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biri idi"

Zelenski: "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biri idi"
DÜNYA
11:29 17.06.2025
229
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində ölən və yaralananların sayının açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Telegram hesabında verdiyi açıqlamada rusların gecə saatlarında Ukraynaya raket və PUA hücumlarının paytaxt Kiyev, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye vilayətlərini hədəf aldığını bildirib.

Rusların 440-dan çox PUA və 32 raketlə hücum etdiyini bildirən Zelenski, "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biri idi" deyə bildirib.

Kiyevin 8 müxtəlif rayonunda dağıntılar baş verdiyini bildirən Zelenski, dağıntılar altından insanların xilas edilməsi üçün işlərin davam etdiyini qeyd edib.

Odessa şəhərində axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayan Zelenski, hazırkı məlumata görə, hücumlar nəticəsində azı 15 nəfərin öldüyünü, 75 nəfərin yaralandığını bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR