Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb və bir sıra rəsmi şəxslərlə görüşmək üçün Helsinkidə səfərdədir.
Bu barədə "Report” Ukrayna KİV-ə istinadən xəbər verir.
Zelenskinin səfər proqramına Prezident sarayındakı qarşılanma mərasimindən sonra ikitərəfli danışıqlar və nümayəndə heyətləri arasında danışıqlar daxildir.
Zelenskinin səfərinə həsr olunmuş mətbuat konfransı çərşənbə günü yerli vaxtla saat 11:30-da baş tutacaq.
Çərşənbə axşamı günün sonuna doğru Zelenski Helsinki Universitetində keçiriləcək tədbirdə iştirak edəcək və tədbirdə Stubb da çıxış edəcək.