Zelenski: Putinlə görüş Türkiyədə, İsveçrədə və ya Avstriyada ola bilər

Zelenski: Putinlə görüş Türkiyədə, İsveçrədə və ya Avstriyada ola bilər
DÜNYA
11:41 21.08.2025
207
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqların ilkin şərti olaraq təhlükəsizlik zəmanətlərini qoyub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Vladimir Zelenski deyib ki, Putinlə görüş Türkiyə, İsveçrə və ya Avstriyada ola bilər. O, qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik təminatları yekunlaşarsa, Putinlə görüşə bilər.

Zelenski görüş üçün mümkün məkan kimi Türkiyəni göstərərək, "Təhlükəsizlik zəmanətləri razılaşdırıldıqdan sonra Putinlə görüş mümkündür" dedi.

Zelenski Türkiyə ilə yanaşı, İsveçrə və Avstriyanın da potensial ev sahibi ölkələr ola biləcəyinə diqqət çəkib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR