Zelenski Rusiyanın bu bölgələrinə zərbələr endiriləcəyini açıqlayıb

Zelenski Rusiyanın bu bölgələrinə zərbələr endiriləcəyini açıqlayıb
DÜNYA
00:36 31.10.2026
173
Ukrayna Rusiyanın daha dərin ərazilərində uzaqmənzilli zərbələr endirmək üçün əsas istiqamətləri müəyyənləşdirib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın zərbə imkanları artıq Rusiyanın Yamal bölgəsindən Qərbi Sibirədək uzanan ərazilərindəki obyektləri əhatə edir. Kiyev dron və raketlərlə Rusiyanın daha uzaq bölgələrinə zərbələr endirmək imkanlarını genişləndirməyi planlaşdırır.

Zelenski bildirib ki, uzaqmənzilli zərbə imkanlarının artırılması Ukraynanın müharibə dövründə müstəqilliyinin qorunması və gələcək təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bundan əvvəl Rusiyanın Samara vilayətindəki Novokuybışevsk neft emalı zavoduna FP-1 dronları ilə zərbə endirib. Zavodun illik neft emalı gücü 8,8 milyon ton təşkil edir.
OXŞAR XƏBƏRLƏR