Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib

Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
DÜNYA
01:06 05.11.2026
183
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb.

AZXEBER.COM TCH telekanalına istinadən xəbər verir ki, telefon danışığının əsas mövzusu noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşə hazırlıq olub.

Tərəflər, həmçinin Brüsseldə Ukrayna, ABŞ və Avropa texniki qrupları arasında aparılan məsləhətləşmələrin gedişini müzakirə ediblər.

Zelenski Ukraynanın enerji infrastrukturuna Rusiyanın hücumları məsələsini də xüsusi olaraq gündəmə gətirib. O bildirib ki, zərbələr nəticəsində ölkədə elektrik enerjisi təchizatı ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır. Ukrayna xidmətləri zədələnmiş obyektləri daim bərpa etməyə məcbur olsa da, Rusiya hücumlarını davam etdirir.

Ukrayna lideri ABŞ-də seçkilərlə əlaqədar, onun sözlərinə görə, yaranmış gərgin dövr başa çatdıqdan sonra Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə başa çatdırılması səylərinə daha çox diqqət ayıracağına ümid etdiyini bildirib.

"Ümid edirəm ki, sizin çətin dövrünüz artıq arxada qalıb. Ümid edirəm ki, siz Caredlə birlikdə sülh səylərinə diqqətinizi yönəldə biləcəksiniz", – deyə Zelenski vurğulayıb.
OXŞAR XƏBƏRLƏR