Zelenski: Yaroslavlda neft emalı zavoduna endirilən zərbə uğurlu olub

Zelenski: Yaroslavlda neft emalı zavoduna endirilən zərbə uğurlu olub
DÜNYA
18:40 07.08.2026
113
Ukrayna tərəfi Rusiyanın Yaroslavl şəhərində neft emalı zavodunun məhv edilməsi əməliyyatı zamanı yaxşı nəticələr əldə edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Mixail Drapatının məruzəsinin yekunlarına əsasən "X" sosial şəbəkəsində yazıb.

Neft emalı zavodunda yaxşı nəticələr əldə edilib. Biz müvafiq əməliyyatları davam etdiririk", - V.Zelenski qeyd edib.

Onun sözlərinə görə, məruzə zamanı Konstantinovka, Slavyansk və bütövlükdə Donetsk vilayətinin müdafiəsinə xüsusi diqqət yetirilib.

V.Zelenski həmçinin bildirib ki, baş komandanla raket əleyhinə müdafiənin gücləndirilməsi, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü ilə bağlı ABŞ tərəfi ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
 
///report
OXŞAR XƏBƏRLƏR