'Zəlzələ baba' öldü - FOTO

Bütün Xəbərlər
10:04 22.01.2013
944
Türkiyənin zəlzələ mütəxəssisi, “Kanidilli” rəsədxanası zəlzələ araşdırmaları bölümünün sabiq direktoru professor Əhməd Mete İşıkara vəfat edib. Türkiyənin xüsusilə 17 avqust 1999-cu ildə Kocaeli vilayəti Gölcük rayonunda baş vermiş 17 500 nəfərin ölümü ilə nəticələnən 7.4 ballıq zəlzələdən sonra tanıdığı İşıkara 71 yaşında müalicə olunduğu xəstəxanada nəfəs çatışmazlığı səbəbindən ölüb.Qeyd edək ki, ölkə ictimaiyyəti Gölcük zəlzələsindən sonra telekanallarda tez-tez zəlzələ barədə verdiyi marifləndirici çıxışları səbəbindən Əhməd Mete İşıkaranı “Deprem dede” (Zəlzələ baba) kimi tanıyırdı.Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR