Zəlzələ bölgəsinə ilkin olaraq 20 milyon manat ayrıldı

Zəlzələ bölgəsinə ilkin olaraq 20 milyon manat ayrıldı
Bütün Xəbərlər
09:59 09.05.2012
1161
Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.Məlumatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb.
OXŞAR XƏBƏRLƏR