Fövqəladə Hallar Nazirliyinin podratçı tikinti təşkilatları Qax rayonunda zəlzələnin ziyan vurduğu 320 fərdi evdə tikinti işlərini davam etdirir.
Hazırda Güllük kəndində 160 evdə, Qapıçayda 7, Zərnə kəndində isə 35 evin sakini artıq bir neçə gündür ki, mənzillərinə yığışıblar.Rayon Fövqəladə Hallar Komissiyasından o da bildirilir ki, yaxın günlərdə daha 15 ailə mənzillərinə köçəcək. Hazırda təbii fəlakətin ən çox ziyan vurduğu bu kəndlərin hamısında evlərin daxilində tamamlanma işləri gedir və bu ayın sonuna kimi mənzillərin təhvil verilməsi nəzərdə tutulur.