"Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

"Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"
SİYASƏT
12:45 25.09.2026
158
"Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir”.

Bu barədə Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində deyilir.

"Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP əlaqəlilik marşrutu kimi də tanınır – isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaqdır”, - dövlət başçısı qeyd edib.

OXŞAR XƏBƏRLƏR