Zərdab rayon sakini Rusiyada intihar edib. APA-nın məlumatına görə, hadisə Rusiya Federasiyasının Krasnodar diyarında baş verib.Zərdab rayon Qoşaoba kənd sakini, uzun illərdir valideynləri ilə birlikdə Rusiyada yaşayan 1992-ci il təvəllüdlü Abışov Cavid Qara oğlu öz dükanında özünü asaraq intihar edib.Mərhumun meyiti vətənə gətirilərək, kənd qəbiristanlığında dəfn olunub.