Zərdabda zorlanan məktəbli qızla bağlı yeni məlumatlar ortaya çıxdı

Zərdabda zorlanan məktəbli qızla bağlı yeni məlumatlar ortaya çıxdı
Bütün Xəbərlər
13:01 10.04.2013
5006

Məktəb direktoru hadisənin heç kəsə məlum olmayan şok tərəflərini açıqladı

"Zərdabda zorlanan azyaşlı Əminənin hamilə olduğu ortaya çıxdıqdan sonra məktəbdən uzaqlaşdırılması haqında məlumat əsassızdır". Zərdab rayonu Cəfər Cabbarlı adına 6 saylı məktəbin direktoru Firdovsi Məmmədov ANS PRESS-ə açıqlamasında bu barədə danışıb. Onun sözlərinə görə, zorlanan qızın atası Rauf İsmayılov yalvar-yaxarla orqanlara müraciət etməklə, ərizə yazmaqla qızlarını məktəbdən çıxarıb. Qızlarından birini sentyabrda 9-cu sinifdən sonra məktəbdən çıxararaq peşə liseyinə aparıb. Birinci sinifə getməli olan qızını isə imkansızlığı ilə əlaqədar bu il məktəbə gördərməmək üçün ərizə yazıb. "Bir qızının uşağı olub. Gəlib mənə yalvardı ki, o xəstədir, pis vəziyyətdədir. Məktəbə, yoldaşlarının yanına gəlməyəcək, utanır. Ərizə yazıb ki, istisna qaydada imtahan verəcəyini nəzərə alaraq xahiş edirəm 10-cu sinifdə oxuyan qızımı məktəbdən çıxarın. Uşaqdır ki, mən ona məcburi ərizə yazdıram? Onun iki ərizəsi var. Mən onun birinci sinifə getməli qızını məktəbə göndərməsi üçün qapısına getmişəm. Deyir ki, bu il qız fiziki cəhətdən zəifdir, saxlayıb gələn il qoyacam. Onun da günahını mənim üstümə yıxır. Mən qapı-qapı gəzib məktəbə uşaq yığıram. Hətta imkansızlara belə cibimin pulu ilə kostyum alıb onları məktəbə cəlb etmişəm. Onun imzası, məktubları, izahatları var burda. Oğlu bu saatda da bizim məktəbdə 8-ci sinifdə oxuyur", - deyə məktəb direktoru bildirir. Direktorun sözlərinə görə, R.İsmayılov qızını məktəbdən çıxarmaq üçün dəfələrlə təhsil şöbəsində, icra hakimiyyətində olub. O, imkanı olmadığını əsas gətirərək qızını 9-cu sinifdən çıxarıb peşə liseyinə qoymaq istəyib. "Hamı bilir ki, o yoxsul, imkansız adamdır. O gəlib mənə yalvarıb ki, yoxsul adamam, yeməyə çörək tapmıram mənim qızlarımı məktəbdən çıxarın. Amma biz çıxarmamışıq. Bundan sonra Təhsil Şöbəsinin rəhbəri Baba müəllimə müraciət edib. Qızlarından birini peşə liseyinə gedəcəyi üçün biz 9-cu sinifdən çıxarıb. O hətta mənə deyib ki, qızımın birini peşə liseyinə qoyacam ordan aldığı təqaüd mənə köməkdir. Qızını məktəbdən çıxarmaq üçün o mənə 10 dəfə yalvarıb". F.Məmmədov Əminənin yanvarın 21-də uşaq dünyaya gətirdiyini, ayın 31-də isə atasının ərizə yazaraq qızını çıxardığını deyib: "Hadisə iyun ayında, yay tətilində olub. "Bəziləri onun 13 yaşı olduğunu deyirlər. Bu hadisə baş verəndə onun 16 yaşı olub. İki gündən sonra isə Əminənin 17 yaşı tamam olacaq". 45 ilin müəllimi olan direktor bu hadisədən qızın anasının əvvəlcədən məlumatlı olduğunu deyib. Hadisəni törədən isə Əminənin əmi nəvəsi olub. "Ana hadisəni bilib gizlədib. Tərəflərin razılaşması olub ki, sənin qızını alıb saxlayacam, inək verəcəm. Bir inək üstündə razılaşmaları pozulub. Hadisəni törədən şəxs 30 yaşlı evli kişidir, uşaqları var. Həmin şəxs saxlanıldı, sonradan buraxdılar. Qız 7 ay müddətində heç yerə şikayət etməyib zorlama haqqında". Əminə bu ilin əvvəllərindən uşaq doğulana kimi məktəbə gəlsə də, heç kim onun hamilə olduğunu hiss etməyib. Belə ki, qız üşüdüyünü deyərək məktəbə isti geyimlərlə gəlib, arxada tək oturub. Plaş geyib yaxasını bağlayıb. Direktorun sözlərinə görə, kənd sakinləri qızın anasından ona nə olduğunu soruşsalar da, o nəsillərində xəstəlik olduğunu deyib. Deyib ki, böyrəkləri xəstədir, bəzən böyrəkləri şişəndə qarnı da şişir. Xəstəxanayada qızı kor bağırsağın partlaması adı ilə aparıb. Məktəb müəllimlərinin sözlərinə görə, 16 yaşlı Əminə özü də məktəbə gec gedib. Zəif oxuyan şagird olub. Oxuma- yazmağı belə çəətinliklə bacarıb. Anası da xahiş edib ki, qız xəstə olduğu üçün plaşla oturmasına icazə verilsin. Müəllimllərdə xəstə olduğu üçün ona güzəşt ediblər. "Məktəb rəhbərliyi uşağın məktəbə gəlməsində maraqlıdır. Bu hadisə barədə biz yanvarda məlumat tutmuşuq. O,şəxs qızlarını sentyabr ayında məktəbdən uzaqlaşdırıb. Tutaq ki, qərəz olub. Bu 4 ay ərzində müəllim onu niyə qoymasın ki məktəbə?", - deyə Firdovsi Məmmədov bildirir. Xatırladaq ki, ötən il Zərdabda məktəbli qız cinsi zorakılığa məruz qalıb. Zərdabda zorlanan azyaşlı Əminənin hamilə olduğu ortaya çıxdıqdan sonra məktəbdən uzaqlaşdırılıb. Əminənin başına gətirilən bu hadisə isə onun 2 bacısının məktəbə buraxılmaması ilə nəticələnib. Qeyd edək ki, bu azyaşlı qız başına gətirilən bu hadisəni sirr olaraq saxlayanadək, zahirən normal həyat yaşayıb. Digər yaşıdları kimi, məktəbə gedib, rəfiqələri ilə ünsiyyət qurub, kənddə, ailədə normal insan kimi həyatını sürüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi