"Üzeyir mənim üçün sənətkardır".
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Rəngarəng" verilişində Aşıq Zülfiyyə deyib.
Onun bu sözlərindən sonra aparıcı Zaur Nəbioğlu ilə arasında narazılıq yaşanıb:
"Siz Üzeyirə sənətkar deyirsinizsə, bəs əsl sənətkarlara nə deyək? Trend müğənniləri sənətkar ola bilməz. Onda gərək Kəmalə Günəşliyə də sənətkar deyək? Qadın aylardır trenddə birincidir. Kimsə sevilir deyə, o demək deyil ki, sənətkardır. Bu, digər sənətkarlara təhqirdir. Üzeyir yaxşı oğlandır, azərbaycanlıdır, amma oxuduqları bizim deyil. Azərbaycan musiqisinə zidd olan ritmlərdə oxuyur. 6-8 ritmi bizimdir, amma onun oxuduqları yad ritmlərdir. Hər insana, hər sözü demək olmaz."- deyə aparıcı irad bildirib.
Aysel