Zeynal Məmmədli BDU-dan getdi – EKSKLÜZİV

Zeynal Məmmədli BDU-dan getdi – EKSKLÜZİV
MEDİA
21:24 16.11.2012
1731

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli universitetdəki müəllimlik fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Zeynal Məmmədli BDU-dakı fəaliyyətini öz xoşluğu ilə dayandırdığını söyləyib:

“Düşünürəm ki, bundan sonra praktik jurnalistika ilə daha çox məşğul olmalıyam. Artıq multimedia sahəsi inkişaf edir. Mən də özümü bu sahədə görürəm. BDU-dan getməyimə gəldikdə isə, rəhbərliklə heç bir problemim yoxdur. Bu öz qərarımdı”.

Qeyd edək ki, Zeynal Məmmədli uzun illərdi ki, BDU-nun Jurnalistika fakültəsində tədris işləri ilə məşğul olub.

OXŞAR XƏBƏRLƏR