Zeynal Nağdəliyev helikopterlə Bakıya göndərildi

Zeynal Nağdəliyev helikopterlə Bakıya göndərildi
Bütün Xəbərlər
11:19 06.08.2014
1840

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev yol qəzasına düşüb. 

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində BMW markalı xidməti maşında olan Z. Nağdəliyev və “VAZ 21015” markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Z. Nağdəliyev helikopterlə Bakı şəhərinə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR