Suriyada döyüşlərin davam etdiyi zamanda maraqlı hadisə yaşanıb.
Hələb şəhərinin böyük hissəsini hökümət qoşunlarından azad edən müxaliflər bayram mitinqi keçirib.Mitinqin ən maraqlı cəhəti isə bir zamanlar Zeynəb Xanlarovanın oxuduğu “Qal sənə qurban” mahnısının ərəb dilində səsləndirilməsi olub. Suriya prezidenti Bəşər Əsəd üzərində qələbəni qeyd edən minlərlə adam mahnını ifa edib, musiqinin ritmi altında oynayıb.Qeyd edək ki, “Qal sənə qurban” mahnısının sözləri Mikayıl Müşfiqə, musiqisi Ələkbər Tağıyevə məxsudur.Mahnının ifaçısı SSRİ-nin xalq artisti Zeynəb Xanlarovadır.