Zöhrə Abdullayevanın səhhəti ilə bağlı açıqlama - FOTO

Zöhrə Abdullayevanın səhhəti ilə bağlı açıqlama - FOTO
MAQAZİN
10:17 28.05.2021
6255
Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Zöhrə Abdullayevadan xəbər var.

AZXEBER.COM xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov sənətçi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, Z.Abdullayeva ilə çəkilən fotolarını yayımlayaraq sənətçinin səhhəti ilə bağlı açıqlama verib:

"Zöhrə Abdullayevanı anam kimi sevirəm. Onun səhhəti də həmişə mənim diqqətimdə olub. Hər zaman əlimdən gələni etməyə hazıram. Bu dəqiqə isə onun hər kəsin duasına ehtiyacı var.

Çünki tibbin aciz qaldığı məqamlarda insan ümidini Allaha bağlayır. Mən də bu dəqiqələrdə hamının onun üçün dua etməsini istəyirəm. Yastığın yüngül olsun, əziz insan. Tanrı sənə qıymasın”.

Xatırladaq ki, Zöhrə Abdullayeva revmatizmdən əziyyət çəkir. Sənətçi yanlış müalicə olunduğundan ayaqları tutulub və buna görə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

O, səhhəti ilə bağlı xeyli çəki itirərək arıqlayıb.
 

 

 


OXŞAR XƏBƏRLƏR