Zibil tüstüsü ağciyərləri sıradan çıxara bilər – Pulmonoloqdan xəbərdarlıq

Zibil tüstüsü ağciyərləri sıradan çıxara bilər – Pulmonoloqdan xəbərdarlıq
SAĞLAMLIQ
17:22 11.08.2026
668
"Şəhərdən yığılan zibillər belə bir zibilxanaya gətirilir və gün ərzində yandırılır”

Bu sözləri bloger Kamran Razmovar sosial şəbəkə hesabında paylaşdığı videoda qeyd edib. Bloger bildirib ki, tullantıların yandırılması həm ətraf mühitə, həm də ətraf ərazilərdə yaşayan insanların sağlamlığına ciddi təhlükə yarada bilər.
Qeyd edək ki, tullantıların yandırılması vaxtaşırı gündəmə gələn problemlərdəndir. Belə hallarda havaya yayılan tüstü və kəskin qoxu ətraf ərazilərdə yaşayan sakinlərin narahatlığına səbəb olur. Tullantıların açıq ərazidə yandırılması atmosferə müxtəlif çirkləndiricilərin yayılması ilə bağlı da narahatlıq doğurur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, tullantıların yandırılması zamanı yaranan tüstü tənəffüs yollarına ciddi zərər verə bilər:

"İnsan tənəffüs yolları təmiz hava üçün nəzərdə tutulub. Tənəffüs yollarına yad tozların, qazların və zərərli maddələrin daxil olması müxtəlif ağır təsirlərə səbəb ola bilər. Məişət tullantıları qarışıq məhsul olduğuna görə onların yandırılması zamanı müxtəlif kimyəvi maddələr meydana çıxır. Xüsusilə plastiklərin və tərkibində ağır metallar olan tullantıların yanması nəticəsində yaranan zərərli qazlar tənəffüs yollarını qıcıqlandırır və orqanizmə mənfi təsir göstərir”.

Pulmonoloq qeyd edib ki, belə tüstülər xüsusilə allergiyası, tənəffüs yollarında həssaslığı və xroniki ağciyər xəstəlikləri olan insanlar üçün daha təhlükəlidir:

"Ən çox təsirə məruz qalanlar üst və alt tənəffüs yollarında allergiyası və həssaslığı olan insanlardır. Belə şəxslərdə tullantı tüstülərinin təsiri xəstəliklərin kəskinləşməsinə gətirib çıxara bilər. Uzun illər siqaret çəkən və tənəffüs yollarında zədələnmələri olan insanlarda da bu tüstülər nəfəs darlığını artıra, ağciyərlərin zədələnməsini daha da ağırlaşdıra bilər. Xroniki obstruktiv ağciyər xəstəliyi və allergik astmanın kəskinləşməsinə səbəb ola bilər. Bu isə ciddi fəsadlarla nəticələnə bilər”.

Ə.Beydullayev vurğulayıb ki, tullantıların yandırılması yalnız xəstəliyi olan insanlar üçün deyil, sağlam şəxslər üçün də zərərlidir:

"Bu cür tullantıların yandırılmasına yol verilməməlidir. Bu, təkcə xəstəliyi olan insanlar üçün yox, eyni zamanda sağlam insanlar üçün də zərərlidir. Biz həmin yanma məhsulları ilə nəfəs almamalıyıq. Eyni zamanda, bu, ətraf mühitə də ciddi zərər vurur”.

Həkim tullantıların çeşidlənərək təkrar emala yönəldilməsinin daha düzgün yanaşma olduğunu bildirib:

"Tullantılar konteynerlər vasitəsilə toplanmalı, çeşidlənməli və təkrar istifadə oluna bilən hissələri yenidən istehsalata yönəldilməlidir. Xüsusilə qeyd etmək istəyirəm ki, bizim zibil adlandırdığımız məişət tullantıları əslində çox dəyərli xammaldır. Düzgün çeşidlənərsə və istifadə olunarsa, onlardan ikinci istehsal üçün çox faydalı materiallar əldə etmək mümkündür. Ona görə tullantıları yandırmaq yox, təkrar istehsala yönəltmək daha doğrudur”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
11:47 09.10.2026
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
11:46 09.10.2026
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
Göz yorğunluğunu azaltmağın QAYDASI
11:43 09.10.2026
Göz yorğunluğunu azaltmağın QAYDASI
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
11:36 09.10.2026
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
11:23 09.10.2026
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
Azərbaycanda əhalinin gəlirləri artıb
11:19 09.10.2026
Azərbaycanda əhalinin gəlirləri artıb
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
10:45 09.10.2026
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
10:44 09.10.2026
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
10:39 09.10.2026
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”