Zibillikdə naməlum kişi meyiti tapıldı – FOTO

Zibillikdə naməlum kişi meyiti tapıldı – FOTO
Bütün Xəbərlər
12:54 05.03.2015
1083
Polis məlumat yayıb.
Bakıda zibillikdə kişi meyiti tapılıb.
AZXEBER.COM xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisindəki zibilliklərdən birində üzərində xəsarət olmayan, 70-75 yaşlarında naməlum kişi meyiti aşkar edilib.
Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Polis ölən şəxsin fotosunu da təqdim edib.
Onu tanıyanlardan 14-cü Polis Bölməsinin (012) 455 44 32, 455 02 02, 455 11 44 nömrəli telefonlarına məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR