Fransa milli komandasının yeni baş məşqçisi Zinəddin Zidan Kilian Mbappenin millidə kapitanlıq sarğısını qoruyub saxlayacağını təsdiqləyib.
AZXEBER.COM bu barədə Sport24.ru-ya istinadən xəbər verir.
"Bəli, Mbappe indi mənim oyunçumdur və mənim kapitanım olacaq", - deyə Zidan qeyd edib.
Mbappe milli komandada kapitanlıq sarğısını 2023-cü ilin martında Uqo Lyorisi əvəzləyərək alıb.
27 yaşlı futbolçu milli komandanın heyətində 106 oyun keçirib və 66 qolla yadda qalıb.











































