Katarakt

Zidan "Real Madrid"dən getmək istəyir

İDMAN
12:42 15.05.2021
231
İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçisi Zinəddin Zidan mövsümün sonuna yaxın vəzifəsindən getməyə qərar verib.

Bu barədə "TeleMadrid” bildirib.

Bildirilir ki, 48 yaşlı mütəxəssis "Real Madrid"dən getmək istəyir. Baş məşqçi mənəvi və fiziki gərginlikdən yorulub. Zidan komandanın İspaniya çempionu olub-olmayacağından asılı olmayaraq, klubu tərk etmək istəyir.

Qeyd edək ki, Zidan 2019-cu ildən "Reala" başçılıq edir. O, daha əvvəl - 2016-cı ildən 2018-ci ilə qədər Madrid komandasına başçılıq edib. "Kral klubu" onun rəhbərliyinin altında 3 dəfə Çempionlar Liqasının qalibi olub və 2 dəfə İspaniya çempionu oldu. Bu mövsümdə "Real" La Liqada 36 turda 78 xal yığıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR