Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev “Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın uğur qazanacağına ümid etmir: ”Şəxsən mən “Eurovision” yarışması ilə bağlı Azərbaycanın builki müsabiqədə önəmli bir uğurunu görmürəm. Çox istərdim ki, ölkəmiz “Eurovision”da qalib gəlsin, birinci yeri tutsun. Ancaq təəssüf ki, öncəgörmələrim mənə tam başqa şey göstərir" (milli.az).