Zirəddin Rzayev hansı məmur qızının bəxtini 'açıb' ?

Zirəddin Rzayev hansı məmur qızının bəxtini
Bütün Xəbərlər
17:17 10.08.2012
3008
Məşhur ekstrasens, kliniki-psixoloq Zirəddin Rzayev barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Rusiyada populyarlaşan ekstrasens həmyerlimiz sən demə Azərbaycanda xüsusi "bəxt açma" metodlarından da istifadə edir. Məlumatlarda bildirilir ki, son vaxtlar ekstrasensə müraciət edənlər ekstrasensin "bəxt açma" seanslarına düşmək üçün 3-6 ay əvvəlcədən növbəyə durub və 2000 AZN məbləğində pul ödəməli olurlar. Məlumatı verən mənbə Z.Rzayevi Şəmkir rayonunda "doqquz qardaş" kimi tanınan yerli vətəndaşlar tərəfindən maliyyələşdirildiyini və təbliğat işini isə TV kanalların birində işləyən tanınmış xanım aparıcı həyata keçirirdiyini bildirir. Bundan əlavə mənbə ekstrasensin 38 telefon aparatından istifadə etdiyini qeyd edir. Mənbənin dediklərinə görə, ekstrasesnsə müraciət edən hələlik adını açıqlamaq istəmədiyimiz məmur-oliqarxlarımızdan birinin ailə üzvləri tanınmış ekstrasensin müəyyən seansları müqabilində 50.000-100.000 min manat civarında pul ödəyibələr. 

Qeyd edək ki, bir müddət əvvəl müxtəlif informasiya portallarında, ən əsası isə reytinqli televiziya kanallarında Z.Rzayevin ekstra qabiliyyətləri, reallaşmış öncəgörmələri və hətta bir çox hallarda hadisələrin gələcək inkişafına müdaxilə imkanları yüksək dürüst ehtimalı ilə təbliğ olunur. Hətta "Rusiyada, elə Azərbaycanın özündə də milyonlarla insanın maraqla izlədiyi həftəlik "Bitva ekstrasensov" verilişində Azərbaycan vətəndaşı, Rusiyada üçüncü ali təhsilini alan 26 yaşlı Zirəddin Rzayev öz biliyilə münsiflər heyəti və çəkiliş qrupu ilə yanaşı, bu verilişi izləyən yüz minlərlə tamaşaçını təəccübləndirib. /// bizimdovr

OXŞAR XƏBƏRLƏR