Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Dekabrın 10-dan 11-nə keçən gecə saat 00:00-dan etibarən Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsində tikinti işləri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AZXEBER.COM-a Nəqliyyat Nazirliyinin “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, tikinti işləri ilə əlaqədar qeyd edilən yol dörd gün bağlı olacaq.
Prospektin Böyük Şor yol qovşağından 20 Yanvar və Qələbə kinoteatrı qarşısındakı dairə istiqamətinə olan hissəsi isə nəqliyyatın hərəkəti üçün tam açıq olacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.