Ziya Məmmədov “Azercell”i məhkəməyə verdi

Ziya Məmmədov “Azercell”i məhkəməyə verdi
Bütün Xəbərlər
14:14 27.02.2014
2232
Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Azercell-Telekom” MMC-ni məhkəməyə verib.
NİİM şirkətə qarşı maddi zərərin ödənilməsi barədə iddia qaldırıb. İşə Yasamal rayon Məhkəməsində baxılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Azercell-i nə səbəb məhkəməyə verməsi ilə bağlı məlumat verilib. NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı “Qafqazinfo”ya açıqlamasında Azercell-ə heç bir problemlərinin olmadığını qeyd edib:
“Bizim şirkət olaraq Azercell-ə bir problemimiz yoxdur. Sadəcə, Azercell-in əməkdaşının idarə etdiyi maşın qəza zamanı Salamzadə küçəsindəki dayanacağa ziyan vurub və buna görə məhkəməyə müraciət etmişik”.(qafqazinfo)
OXŞAR XƏBƏRLƏR