Ziya Məmmədov vətəndaşlarla görüşəcək

Ziya Məmmədov vətəndaşlarla görüşəcək
Bütün Xəbərlər
13:37 21.04.2014
496
Nazir Daşkəsən şəhərində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək
Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşlarla görüşəcək.
AZXEBER.COM-un Nəqliyyat Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nazir 25 aprel tarixində Daşkəsən şəhərində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 23 aprel 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
• Daşkəsən “22 saylı Yol İstismarı İdarəsi” (Daşkəsən rayonu, Aşağı Daşkəsən qəsəbəsi)
• Şəmkir “23 saylı Yol İstismarı İdarəsi” (Şəmkir rayonu, Dəllər qəsəbəsi)
• Gədəbəy “24 saylı Yol İstismarı İdarəsi” (Gədəbəy rayonu, Qızıltorpaq qəsəbəsi)
OXŞAR XƏBƏRLƏR