Ziya Məmmədovun müfəttişlərindən narazılıq artır

Ziya Məmmədovun müfəttişlərindən narazılıq artır
Bütün Xəbərlər
09:08 24.01.2013
1025

Bu gün 10-a yaxın sürücü avtomobillərinin Nəqliyyat Departamenti tərəfindən cərimə meydançasında saxlanılmasına etiraz olaraq departamentin qarşısında yığılıb.

Narazı olanlar arasında meyxanaçı və müğənni Samirə də var idi. Meyxanaçının dediyinə görə, Nəqliyyat Departamentinin işçiləri xalası oğlunun maşınını saxlayaraq cərimə meydançasına aparıblar.

Sürücülərin dediyinə görə, Nəqliyyat Departamentinin müfəttişləri mülki geyimdə onlara yaxınlaşıb hərbə-zorba ilə maşınlarından düşürdüb, avtomobilin açarlarını alıb, nəqliyyat vasitəsini qaçırdıblar.

Nəqliyyat Departamentindən bildirildi ki, hazırda idarədə rəhbərlikdən heç kim yoxdur. Nahar vaxtından sonra isə departamentlə dəfələrlə əlaqə saxlanılsa da, zənglərə belə çavab verən olmadı.

OXŞAR XƏBƏRLƏR