Ziya Məmmədovun müşavirinin pulunu mənimsəyən şəxs həbs edildi

Ziya Məmmədovun müşavirinin pulunu mənimsəyən şəxs həbs edildi
KRİMİNAL
12:47 17.01.2018
1895
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin 800 min manatlıq qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov həbs olunub. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə R.Əhmədov barəsində həbslə axtarış qərarı verilib. 

R. Əhmədov son bir neçə iclasa gəlmədiyi üçün proses təxirə salınıb. Buna səbəb isə təqsirləndirilən R.Əhmədovun 2 dəfə intihara cəhd etməsi olub.

Dünən R.Əhmədov saxlanılaraq həbs edilib. 

Məlumat üçün bildirək ki, R.Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin hökmü ilə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb. Baş Prokurorluq və zərərçəkən Ç.Baxşıyev hökmdən apellyasiya şikayəti veriblər və R.Əhmədovun barəsində azadlıqdan məhrumetmə cəzası seçilərək həbs edilməsini istəyiblər.

Dekabrın 21-də R.Əhmədov yenidən həbs ediləcəyini deyərək xeyli miqdarda dərman içərək özünü zəhərləyib. O, Toksikologiya Mərkəzində müalicə olunub. İntihar etmədən öncə məktub yazaraq "təzədən şərlənərək həbsxanaya getməkdənsə, ölsəm yaxşıdır” deyə qeyd edib. Dekabrın 28-də isə R.Əhmədov hazırda müalicə aldığı "Semaşko” xəstəxanasında palata yoldaşının sistem bankasını sındırıraraq şüşə parçaları ilə qollarını və boyununu kəsib. Həkimlərin müdaxiləsi ilə onun özünü öldürməsinin qarşısı alınıb. Daha sonra R.Əhmədov psixi durumu ilə bağlı müalicə olunması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib. O, şikayət ərizəsində qeyd edib ki, bütün ömrü boyu işləyib yığdığı bir banka qızılı saxlaması üçün qohumu Rövşən Əhmədova verib. Sonra isə R.Əhmədov həmin qızılları mənimsəyib. Məhkəmədə ifadə verən R.Əhmədov isə qızılları Ç.Baxşıyevin qızına verdiyini deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər