Ziyafət Əsgərov Ştrasserin cavabını verdi

Ziyafət Əsgərov Ştrasserin cavabını verdi
Bütün Xəbərlər
12:45 01.05.2012
1034

Azərbaycan Parlamentinin birinci vitse-spikeri AŞPA-da Azərbaycan üzrə məruzəçi Kristof Ştrasserin mövqeyini cəfəng fikir adlandırıb.

AZXEBER.COM-un Trend-ə istinadən verdiyi məlumata görə, birinci vitse-spiker Ziyafət Əsgərov Ştrasserin fikirlərinin cəfəngiyat olduğunu deyib: “Ştrasser adi bir vətəndaşdır. Ştrasser nə Almaniyadır, nə alman xalqı, nə Avropa Şurasıdır. Onun dediyi cəfəng fikirdir. "Eurovision" mahnı müsabiqəsi çox yüksək səviyyədə keçiriləcək və buna heç kimin şübhəsi olmasın” Onun sözlərinə görə, kimsə bəzi şəxsi məqsədləri üçün Azərbaycanda şou yaratmaq istəyir: “Bu, tamamilə mənasız şeylərdi və niyyətləri baş tutmayacaq”.

OXŞAR XƏBƏRLƏR