Özü, xanımı və qayınatası deputatlığa namizəd olan Tural Abbaslıdan - AÇIQLAMA

Özü, xanımı və qayınatası deputatlığa namizəd olan Tural Abbaslıdan - AÇIQLAMA
SOSİAL
13:02 15.07.2024
498
"Ağ Partiya"nın sədri Tural Abbaslı və onun həyat yoldaşı, "Ağ Partiya"nın sədr müavini Nərmin Abbaslı və atası "Müsavat" partiyasının üzvü İkram İsrafilli parlament seçkilərinə qatılacaqlar.
 
Bir ailədən 3 nəfərin deputatlığa namizəd olması sosial şəbəkələrdə və mediada birmənalı qarşılanmayıb. 
 
Tural Abbaslı məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında xəbərin təqdimatının düzgün olmadığını və bu səbəbdən ajiotoj doğurduğunu deyib: 

"Haqqımda yayılan informasiyalar əslində siyasətin şou elementlərinin təzahürüdür. Çünki kürəkən-qayınata yazmaqdansa "Müsavat" partiyasının divan üzvü, sabiq millət vəkili yazmaq daha məqsədəuyğun olardı".
  
Partiya sədri bildirib ki, o, qayınatası - İkram İsrafillə 20 ilə yaxın eyni partiyada təmsil olunub:
 
"Biz qayınata-kürəkən olmamışdan öncə 20 il eyni partiyada təmsil olunmuşuq. Ən azı 4 seçkidə eyni vaxtda namizəd olmuşuq. Sonra mən ailə həyatı qurdum, İkram bəy qayınatam oldu. Mənim həyat yoldaşım da (Nərmin Abbaslı) "Ağ Partiya"nın təsis olunmasında iştirak edib, partiyanın təqdimatında və idarə heyətində çoxdan təmsil olunur. Bundan başqa, mənim qardaşım partiyanın idarə heyətinin üzvüdür. Eyni zamanda, mənim iki müavinim var ki, qardaşdılar və ikisi də seçkilərdə namizəd olacaqlar. Kamran Məmmədli və Əhəd Məmmədli - onlar da qardaşdılar. Biri mənim müavinimdir, digəri təbliğat işləri üzrə müavindir. İndi biz neynəyək, nə məsləhət görürlər?".
 
T. Abbaslı əlavə edib ki, yazılanlar cəmiyyətin siyasi biliklərinin hansı göstəricidə olmasını üzə çıxarır:
 
"Düşünürəm ki, bu məsələdə cəmiyyətin siyasi biliklərin zəif olması önə çıxır. Guya kimsə namizəd olan kimi deputat seçilir? İndiki məqamda namizəd olmaq problemdir, yükdür, kağız-kuğuzdur və imza yığmaqdır. "Müsavat"ın "Ağ Partiya"ya, ya da bizim onlara nə aidiyyatımız var? Ötən seçkilərdə mənim qayınatam - İkram İsrafil və partiyadan namizəd olanlar namizədliyini geri götürmüşdülər. Bir sözlə, bu məsələ bir az şişirdilir. 2020-ci ildəki Parlament seçkilərində mənim anam "Müsavat" partiyasının üzvü kimi Ağstafa rayonundan namizədliyini irəli sürmüşdü. Mən isə "Ağ Partiya" sədri kimi Bakıdan namizəd olmuşdum. Dediyim kimi, Cavid və Rüfət Hacıbəyli qardaşları var. Eyni vaxtda İnzibati Xətalar Məcəlləsi üzrə dəfələrlə sutkalıq həbs olunmuşdular. Onlar qardaşdılar deyə bildirək ki, biriniz namizəd olun? Biz özümüz üç qardaş olmuşuq. 2010-cu ildə razılaşdırılmamış aksiyada iştirak etdiyimizə görə mən Səbail rayon məhkəməsinin bir otağında, böyük qardaşım digər otaqda, kiçik qardaşım da yan otaqda idilər. Mənə 15 sutka həbs, böyük qardaşıma pul cəriməsi, kiçik qardaşıma isə xəbərdarlıq olundu. Xülasə, indi iki qardaş namizəddir. Bəs, niyə yazılmır ki, üç qardaş sərbəst toplaşmaq azadlığına görə məhkum olunmuşdu?
 
Bir daha qeyd edirəm ki, bütün bu informasiyalar siyasətin şou elementləridir. Mən durum bunlardan küsüm, inciyim, inanın ki, belə şeyləri də düşünmürəm. İctimai xadim diqqət mərkəzində olanda guya hər şeyi üzə çıxarılır, müzakirə edilir. Yəni, yazılanlarla əlaqədar heç bir problem yoxdur".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verdi
17:32 26.08.2026
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
17:30 26.08.2026
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
17:26 26.08.2026
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:17 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
17:15 26.08.2026
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
17:11 26.08.2026
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
17:08 26.08.2026
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
16:58 26.08.2026
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
16:53 26.08.2026
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
“Sabah” klubu Prezidentə təşəkkür etdi
16:44 26.08.2026
“Sabah” klubu Prezidentə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:41 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
16:22 26.08.2026
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
16:17 26.08.2026
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
16:13 26.08.2026
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
16:09 26.08.2026
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski