Təşkilatçı Sahilə Qurbanovanın yerli saytların birində ərsəyə gətirdiyi “Ulduzlu gün” layihəsinin növbəti qonağı xalq artisti Zülfiyyə Xanbabayeva olub.
AZXEBER.COM-un məlumatına görə, fanatlarının ünvanladığı sualları cavablandıran müğənni sonra layihənin qaydalarına əsasən, suallarını, ona olan istəklərini daha çox bəyəndiyi iki fanatı ilə canlı görüşüb və onlarla maraqlı anlar keçirib. Kumirləri ilə görüşmək sevinci fanatlardan Ülkər Aydəmirova və Gülşən Fərzəliyə nəsib olub. Onlar sevdikləri müğənni ilə görüşdə ürəkdolusu söhbət edib, fotoşəkillər çəkdiriblər. Görüş üçün seçilən fanatlara gəldikdə, xalq artisti bu iki fanatın mahnılarından dilə gətirdikləri sevgi, heyranlıq hisslərinə biganə qala bilmədiyindən, Ülkər və Gülşənlə görüşüb.
Müğənniyə ünvanlanan ən maraqlı suallardan biri də Türkan adlı fanatın ünvanladığı “Qızınızı kliplərinizdən birinə çəkməyi düşünürsünüzmü?”-sualıdır. Müğənni bu suala “İstəmirəm. Bu haqda heç düşünməmişəm. Amma qızımın video-roliki var”-deyə, cavab verib.