Özündən 4 yaş böyük qızla evlənmiş 18 yaşlı oğlanın faciəsi

Özündən 4 yaş böyük qızla evlənmiş 18 yaşlı oğlanın faciəsi
Bütün Xəbərlər
11:36 12.11.2012
3439
Arvadı ilə dalaşan gənc özünü öldürübNoyabrın 11-də Bakıda dəhşətli intihar hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindənverilən məlumata görə, Keşlə qəsəbəsi, R.Ağayev küçəsində 1994-cü il təvəllüdlü Niftullazadə Turan Xeyrulla oğlu qayçı ilə özünü vurub. 18 yaşlı oğlan qayçını döş qəfəsinə sancıb. Qayçı onun ürəyini zədələyib. T.Niftullazadə xəstəxanaya çatdırılsa da, ölüb.İntihar edən T.Niftullazadə yeni ailə həyatı qurub. 18 yaşlı oğlan bir neçə ay əvvəl 1990-cı il təvəllüdlü Aysel Səfərova ilə evlənib. Lakin çox keçmədən gənc ailədə narazılıqlar baş qaldırıb, söz-söhbət böyüyüb. Belə bir mübahisələrin birindən sonra isə gənc ailə başçısı özünü öldürüb.Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
//Lent.az
OXŞAR XƏBƏRLƏR