Özünü yandıran Qarabağ qazisi öldü

Özünü yandıran Qarabağ qazisi öldü
Bütün Xəbərlər
22:18 28.12.2013
6828
Bir neçə gün öncə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında benzin tökərək özünü yandıran III qrup Qarabağ əlili Zaur Həsənov dünyasını dəyişib. 
Bu haqda AZXEBER.COM-a mərhumun yaxınları məlumat verib.
Qeyd edək ki, əlilin atası Həsən Həsənov isə deyib ki, oğlunun özünü yandırmasına səbəb deputat, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin onun əlindən obyektini almasıdır. O deyib ki, deputat Bibiheybət qəsəbəsində yerləşən bu yerin istirahət mərkəzi üçün söküləcəyini və əvəzində ona yeni obyekt tikiləcəyi vəd edib. Amma obyekt söküləndən sonra orada heç nə tikilməyib, əlil üçün də əlavə obyekt tikilməyib. Bir il davam edən məhkəmə prosesində Zaur Həsənovun iddiaları təmin olunmayıb. 
OXŞAR XƏBƏRLƏR