Özünü yandıran şəxsin kimliyi məlum oldu

Özünü yandıran şəxsin kimliyi məlum oldu
Bütün Xəbərlər
17:19 08.01.2015
998
Bakıda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mirzağa Əliyev küçəsi 108 ünvanında aşkarlanan yanmış meyitin 1994-cü il təvəllüdlü Kamran Adil oğlu Ağayev olduğu məlum olub.
İlkin ehtimala görə, K. Ağayev intihar edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Yasamal rayonunda sökülmüş evin otağında 1 kvadratmetr sahədə məişət tullantıları yanıb və 1 nəfərin yanmış cəsədi aşkar edilib.
OXŞAR XƏBƏRLƏR