Özünü yandıran taksi sürücüsünün - VİDEOSU

Özünü yandıran taksi sürücüsünün - VİDEOSU
Bütün Xəbərlər
19:14 28.01.2015
2072
Xəbər verdiyimiz kimi, Bakının 20 yanvar dairəsində taksi sürücüsü olduğu deyilən şəxs üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, taksi sürücüsünün özünü yandırmasının dəqiq səbəbləri bəlli olmasa da o üzünü yaxınlığda yerləşən Nəqliyyat Nazirliyinə tutaraq nazir Ziya Məmmədovu ittiham edib.
Hadisə şahidlərinin dediyinə görə, taksi sürücüsünün intiharına səbəb kimi onun nəqliyyat departamentinin əməkdaşlarının əlindən cana doyduğu və çıxış yolu kimi özünə qəsdi seçdiyi ehtimal edilir.
Fotolarda göründüyü kimi, ərazidə olan polis əməkdaşları və sakinlər də taksi sürücüsünün özünü yandırmasına mane olmağa çalışıb.
Özünü yandıran taksi sürücüsünün səhhəti ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, “20 Yanvar” dairəsinin yaxınlığında özünü öldürmək istəyən şəxs Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov olub. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Yanıq Mərkəzindən verilən məlumata görə, A. Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdı.

Həmin ərazidən çəkilən videoları təqdim edirik:

OXŞAR XƏBƏRLƏR