Özünü yeni prizmadan tanımaq üçün əla fürsət: "Yarat"ın yeni layihəsi

GƏNCLİK
12:39 27.02.2019
3134
Bu il Bakıda 10 məşhur lektor və bestseller müəllifləri özünüinkişafla bağlı ödənişsiz təlimlər keçirəcək.
 
AZXEBER.COM xəbər verir ki, 2019-cu ilin mart ayından dekabr ayına kimi "Yarat" Müasir İncəsənət məkanı özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün "İnsan: özünü dərk et” proqramını təşkil edir.
 
Bu proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər.
 
Yarat Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın sözlərinə görə "Nəzərdə tutulan təlim və mühazirələrin əsas mahiyyəti şüurdur.
 
Məlumdur ki, bu bacarığın inkişafı nəticəsində insan Özü özünə qoyduğu məhdudiyyətlərdən azad olub özünü inkişaf etdirərək həyatını kökündən dəyişə bilər. Əminəm ki, şüurun inkişafı istiqamətində atılmış hər hansı bir addım bizə daha yaxşı insani keyfiyyətlər qazanmağa və ətraf mühitlə harmoniyada olmağa yardım edəcək.
 
Proqramın mövzusu çoxşaxəli özünüinkişafla bağlı 4 əsas kateqoriyanı ehtiva edir:
 
1. Mən indi və burda: zehni bacarıqlar
2. Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər: planlamaq və arzulara çatmaq bacarıqları
3. Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış
4. Ətrafla qarşılıqlı münasibət: empati, minnətdarlıq və bağışlama bacarıqları
 
"Çağdaş dünyamız o qədər sürətlə dəyişir və inkişaf edir ki, insanın psixi və daxili tarazlığını qoruyub saxlamaq bacarıqlarını inkişaf etdirmək günbəgün aktuallaşır. Bu bacarıqları inkişaf etdirmək üçün heç də hamı əlavə təhsil almaq imkanına malik deyil. Odur ki, bu proqram boşluğu doldurmağa eektiv kömək edir”, - deyə proqramın direktoru Arstarulsmirus qeyd edir. Proqrama dünyanın müxtəlif ölkələrindən fərdi inkişaf sahəsində qabaqcıl mütəxəssis və bestseller müəlliflər dəvət olunublar.
 
Mart ayından etibarən və 2019-cu il boyu proqramda ABŞ, Almaniya, Rusiya, Belorus, İsveç və İrlandiyadan olan 10 müəllim və alim iştirak edəcəklər. Onların hər biri aşağıdakı sahələrin və bacarıqların inkişafı üçün tədris kursunu təqdim edəcəklər:
 
• Diqqətin yönləndirilməsi
• Emosional özünütənzimləmə
• Özünüidarə qabiliyyəti
• Stress müqavimətliliyi
• Eektiv istirahət
• Pozitiv psixologiya Məşğələlərdə insanın daxili dünyasının xüsusiyyətləri, onun vərdişləri və meyilləri, beynin neyroplastikliyi və psixoemosional vəziyyətlərin idarə olunma metodlarına baxılacaq.
 
Təlimçilərin gəlmə imkanlarını nəzərə alaraq, proqram ardıcıl olaraq davamlı keçirilməyəcək, təlimləri tək-tək seçərək iştirak edə bilərsiniz.
 
Təlim proqramına əsasən məşğələlər bu formatda keçiriləcək: Giriş dərsləri – ümumi, tanışlıq məlumatı ( 2 saat). Təlimlər – daha yüksək səviyyə, vərdişlərin transformasiyası (6 saatdan 3 günə qədər). Proqramı məşhur Amerika professoru və müəllimi Barbara Oukli açacaq və ilk tədbiri o aparacaq.
 
O, özünün məşhur "Öyrənməyi necə öyrənməliyik” kursunu keçəcək. Siz bu təlimlə qarşınıza qoyduğunuz hədəfə necə yönəlməyi, yaddaşınızı inkişaf etdirərək yeni və çətin materialları asanlıqla yadda saxlamağı öyrəncəksiniz.
 
Bu təlim sizin öyrənmək prosesinə baxışınızı tamamilə dəyişə bilər. Layihənin giriş mühazirəsi martın 7-də, təlimlər isə 2019-cu il martın 8-də və 9-da başlayacaq.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 07.08.2020

Hikmət Hacıyevin müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

X Mostbet