"Mossad" rəhbəri: İrandakı missiyamız rejim devrilənə qədər davam edəcək
İsrail İranda mühüm nailiyyətlər əldə edib, amma iş bitməyib.
"Ynet”in xəbərinə görə, bunu İsrailin xarici kəşfiyyat xidməti "Mossad”ın direktoru David Barnea deyib.
Onun sözlərinə görə, 40 günlük intensiv döyüşlər əhəmiyyətli nailiyyətlərlə nəticələnib.
David Barnea bildirib ki, onların arasında ən mühümü İranın əsas hədəfinə, yəni İsrail dövlətinin məhvi ilə bağlı hədəfinə zərb...