İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
ABŞ-də aprelin 23-də İsrail və Livan arasında səfirlər səviyyəsində danışıqların ikinci raundu keçiriləcək.
Bu barədə jurnalist Barak Ravid ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, görüş Vaşinqtonda Dövlət Departamentinin binasında baş tutacaq. ABŞ-nin xarici siyasət idarəsindən vurğulanıb ki, Birləşmiş Ştatlar iki ölkə arasında...