‘Oğurlanmış arzular’ serialı yayıma başlayır

MƏDƏNİYYƏT
18:17 05.11.2013
8322

Noyabrın 6-sında Space tvdə "Oğurlanmış arzular" adlı yeni bir serial işıq üzü görəcək.

AZXEBER.COM-un məlumatına görə, rejissorluğunu türkiyəli məşhur aktyor və rejissor Osman Albayrakın üstələndiyi serialda Azərbaycanın çox önəmli aktyorları yer alır. Türkiyə və Azərbaycanın birgə istehsalı olan serialın bəstəkarı Cafer işləyən, quruluşçu operatoru isə Orçun Aydoğandır. Baş produser Orxan Mərdanın verdiyi məlumata əsasən "Oğrulanmış arzular" teleməkanda yayımlanan seriallardan həm görüntü həm də aktyor oyunu baxımından seçilir. Zaur Şəfiyev, Tural Əsədov, Pərvin Abıyeva, Mənsurə Əhmədova, Abbas Qəhərmanov, Qurban İsmayılov, Almaz Ələsgərli, Nəsibə Eldarova, Rasim Cəfərovun rol aldığı "Oğurlanmış arzular" serialı hər çərşənbə saat 21-30 da evlərinizin evəzsiz qonağına çevriləcək.

OXŞAR XƏBƏRLƏR