16:44 şənbə, 16 Dekabr 2017
SOSİAL

Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı?

13:02, 20.09.20174624
Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı?

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb. 

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M. Məmmədova işində yol verdiyi nöqsana və haqqındakı rüşvət alma ittihamına görə vəzifəsindən çıxarılıb. 

Sayt məlumatı dəqiqləşdirmək üçün sözügedən liseylə əlaqə saxlayıb. 

Liseydən bildirilib ki, Məhbubə Məmmədova 3 gündür ki, səhhəti ilə bağlı işə çıxmır: "Ancaq onun işdən çıxarılması barədə məlumatlı deyilik”.

Məsələ ilə bağlı Təhsil  Nazirliyinin sektor müdiri Cəsarət Valehov da danışıb. O qeyd edib ki,  azırda nazirliyin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılır: "Ancaq məktəb direktoru işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə ictiamiyyətə məlumat verəcəyik”. 

Qeyd edək ki, sabiq nazirin bacısının pedaqoji fəaliyyəti ilə bağlı mətbuatda çoxlu neqativ informasiyalar yayılıb. O, əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

Xatırladaq ki, son günlər keçmiş nazir Ziya Məmmədovla bağlı bir- birinin ardınca məlumatlar yayılır. Bildirilir ki,  sabiq nazir Xarici İşlər  Nazirliyinin yanındakı evini də satışa  çıxarıb. Onun oğlu Anar Məmmədovla birgə xaricə köçmək istəyinin olduğu da vurğulanır. 

0
XƏBƏR LENTİ