Evdə köhnə əskinas saxlayanlara VACİB XƏBƏR

Evdə köhnə əskinas saxlayanlara VACİB XƏBƏR
SOSİAL
13:20 09.10.2026
116

Sosial şəbəkələrdə keçmişdə dövriyyədə olan, hazırda isə yenilənmiş əskinasların vətəndaşlar tərəfindən toplandığını əks etdirən videolar yayılır.

Bəzi insanlar köhnə əskinasları xatirə və ya kolleksiya məqsədilə saxlayırlar. Bu cür pulların gələcəkdə dəyər qazanacağını və onları daha yüksək qiymətə sata biləcəklərini düşünürlər.

Bəs köhnə əskinasların zamanla kolleksiya dəyəri arta bilərmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, köhnə əskinaslar zamanla kolleksiya dəyəri qazana bilər, lakin bunun üçün uzun illər gözləmək lazım gələ bilər:

"Köhnə əskinaslar zamanla kolleksiya dəyəri qazana bilər. Amma burada əsas məsələ başqadır. Bunun üçün bəlkə də 50 il gözləmək lazımdır. Hətta 50 il keçdikdən sonra belə həmin əskinasların dəyər qazanacağına zəmanət yoxdur. Məgər sovet dövrünə aid pullar bu gün nə qədər dəyər qazanıb? Yaxud 1992-1993-cü illərdə dövriyyəyə buraxılmış Azərbaycan əskinasları... Artıq 30 ildən çox vaxt keçib. Bəs onlar nə qədər dəyər qazanıb? Əslində, ciddi bir artımdan danışmaq çətindir”.



İqtisadçının sözlərinə görə, hazırda dövriyyədə olan əskinasların gələcəkdə xüsusi kolleksiya dəyəri qazanacağı ehtimalı olduqca aşağıdır:

"Ona görə də hazırda dövriyyədə olan əskinasların gələcəkdə xüsusi dəyər qazanacağı ilə bağlı gözləntilər, sadə dillə desək, yanlış ola bilər. Təbii ki, bu, mənim subyektiv qiymətləndirməmdir. Mən həmin əskinasların 10, 20, hətta 30 il sonra xüsusi kolleksiya dəyəri qazanma ehtimalını bir faizdən də aşağı qiymətləndirirəm”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR