Toylarda alınan qızıl zinət əşyalarının sonradan satılarkən daha ucuz qiymətə alınması alıcılar arasında maraq doğuran məsələlərdən biridir.
Bir çox insan toy və digər xüsusi günlərdəqızıl zinətəşyaları alır və onları həm şəxsi istifadə, həm dəgələcək üçün yığım vasitəsi kimi saxlayır. Lakin həmin əşyalar sonradan satılarkən mağazadan alınan qiymətləmüqayisədə daha aşağı məbləğtəklif olunur.
Bu zaman qızılın alış vəsatış qiyməti arasındakı fərqin nədən qaynaqlandığı, qiymətləndirmə zamanı hansı amillərin nəzərə alındığı vəzinətəşyalarının dəyərinə nələrin təsir etdiyi suallar doğurur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, yeni vəikinci əl məhsullar arasında qiymət fərqi olduğu kimi, qızıl zinət əşyalarında da bu fərq mövcuddur:
"Əslində, hər məhsulda yeni və ikinci əl arasında qiymət fərqi var. Qızıl zinətə şyalarında da bu fərq müşahidə olunur. Sadəcə, burada vəziyyət bir qədər fərqlidir. Qızılın əyarı, qaşlı və ya qaşsız olması, istifadəyə yararlı olub-olmaması və ya lom kimi qiymətləndirilməsi onun qiymətinə təsir göstərir.
Əksər hallarda qaşlı, istifadəyə yararsız və alıcının zövqünə uyğun olmayan köhnə modellər müştəridən daha ucuz qiymətə alınır. Qızılı yatırım və ya investisiya vasitəsi kimi alan şəxslər, əsasən, 750 əyarlı, italyan istehsalı olan və qaşsız modellərə üstünlük verirlər”.
Fəridə Əsədzadə












































